Sorğu alətləri
Bu kalkulyatorlar sorğunu planlaşdırmağa və nəticələri düzgün oxumağa kömək edir. Hamısı pulsuzdur və brauzerdə işləyir, yazdığınız rəqəmlər heç yerə göndərilmir.
Xəta payı kalkulyatoru
Nümunə ölçüsünə görə nəticənin nə qədər dəqiq olduğunu və istənilən dəqiqlik üçün neçə respondent lazım olduğunu hesablayır.
Etibar aralığı və effektiv nümunə
Faiz və orta qiymət üçün etibar aralığını hesablayır. Çəkiləndirilmiş sorğuda çəkilərdən effektiv nümunə ölçüsünü və dizayn effektini tapır.
İki faizin fərqi
İki nəticə arasındakı fərqin statistik baxımdan əhəmiyyətli olub-olmadığını yoxlayır: iki ayrı qrup və ya eyni sualın iki variantı.
Cavab dərəcəsi kalkulyatoru
Dəvət alanların neçə faizinin sorğunu tamamladığını hesablayır. Tam rejim AAPOR standartının RR1–RR6, əməkdaşlıq, imtina və əlaqə dərəcələrini verir.
Kvota planlayıcısı
Ümumi nümunəni DSK-nın 18+ əhali bölgüsünə görə cins, yaş, şəhər/kənd və iqtisadi rayonlar üzrə kvotalara bölür.
NPS kalkulyatoru
Net Promoter Score-u hesablayır: tövsiyəedənlər, neytrallar və tənqidçilərin payı, xəta payı və etibar aralığı.