NestPulse

Alətlər

Kvota planlayıcısı

Bu alət sorğu nümunəsini Azərbaycanın 18 yaşdan yuxarı əhalisinin bölgüsünə görə qruplara ayırır. Nümunə ölçüsünü yazın və ölçüləri seçin. Hər qrupdan neçə nəfərin sorğulanmalı olduğu dərhal görünəcək.

Neçə nəfər anketi tamamlamalıdır

Kvota ölçüləri
Tolerans

Sahə işində kvotanın nə qədər aşıla və ya natamam qala biləcəyini göstərir

Ətraflı parametrlər

Kiçik qrupları ayrıca təhlil etmək istəyirsinizsə, məsələn 50 yazın. Onda bölgü əhaliyə proporsional olmayacaq və sorğudan sonra çəkiləndirmə mütləq lazım olacaq.

Kvota planı

1 000 nəfərlik nümunə DSK-nın 18+ əhali bölgüsünə görə aşağıdakı kimi bölünür. Hər ölçüdə kvotaların cəmi nümunə ölçüsünə tam bərabərdir.

Cins

QrupDSK payıKvotaXəta payı
Qadın51.3%513±4.3
Kişi48.7%487±4.4

Yaş qrupu

QrupDSK payıKvotaXəta payı
18–2921.2%212±6.7
30–3922.9%229±6.5
40–4919.3%193±7.1
50–5915.1%151±8.0
60–6913.9%139±8.3
70 və yuxarı7.6%76±11.2

Şəhər / kənd

QrupDSK payıKvotaXəta payı
Şəhər55.3%553±4.2
Kənd44.7%447±4.6

Mənbə: DSK, 01.01.2026, 18+ əhali. Xəta payı qrupu ayrıca təhlil edəndə 95% etibarlılıqla hesablanıb.

Kvota nə üçündür

Kvota nümunənin tərkibini əhalinin tərkibinə yaxınlaşdırır. Məsələn, 18+ əhalinin 51.3%-i qadındırsa, 1 000 nəfərlik sorğuda təxminən 513 qadın olmalıdır. Kvota dolanda həmin qrupdan yeni cavab qəbul edilmir və sahə işi digər qruplara yönəlir.

Bu planlayıcıdakı paylar Dövlət Statistika Komitəsinin 01.01.2026 tarixli məlumatından hesablanıb. NestPulse sorğu redaktorunun demoqrafiya bloku və çəkiləndirmə də eyni rəqəmlərdən istifadə edir.

Məhdudiyyətlər

Kvotalar hər ölçü üzrə ayrıca hesablanır. Ölçülərin kəsişməsi, məsələn «Bakıda yaşayan 18–29 yaşlı qadınlar», idarə olunmur. Bu kəsişmələrdəki kiçik əyintiləri sorğudan sonra çəkiləndirmə düzəldir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə DSK rəqəmlərinə həmin rayonlarda qeydiyyatda olan, amma faktiki olaraq başqa yerdə yaşayan məcburi köçkünlər daxil ola bilər. Respondent faktiki yaşadığı yeri seçdiyi üçün bu rayonların kvotası doldurulmaya bilər. Ona görə planlayıcıda bu iki rayonu çıxarıb qalan payları yenidən bölmək imkanı var.

Kvota nümunəni təsadüfi etmir. Könüllü onlayn sorğuda kvota nümunənin tərkibini düzəldir, amma qrup daxilində kimin iştirak etdiyini idarə etmir.

Digər alətlər